Putinlə Lukaşenko Kremldə danışıqlar aparıblar Dünya

Putinlə Lukaşenko Kremldə danışıqlar aparıblar

Rusiya prezidenti Vladimir Putinlə Belarus prezidenti Aleksandr Lukaşenko arasında danışıqlar keçirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Putin-Lukaşenko danışıqları Kremldə baş tutub.

Görüşdə Rusiya-Belarus strateji əməkdaşlıq və müttəfiqlik əlaqələrinin gələcək inkişafının cari məsələləri müzakirə edilib. İttifaq dövləti çərçivəsində inteqrasiya qarşılıqlı fəaliyyətinə diqqət yetirilib.

Daha sonra Kremlin Andreyevski zalında Belarus prezidentinə Rusiyanın ali dövlət mükafatı - "Müqəddəs Apostol Andrey Pervozvannı" ordeni təqdim olunub.

Orden Lukaşenkoya Rusiya Federasiyası ilə Belarus Respublikası arasında müttəfiqlik münasibətlərinin və strateji tərəfdaşlığın inkişafında, Rusiya və Belarus xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə, habelə İttifaqın yaradılmasına və səmərəli fəaliyyətinə böyük şəxsi töhfəsinə görə verilib.