Rusiya “Patriot” sistemini ekipajı ilə birgə vurdu Dünya

Rusiya “Patriot” sistemini ekipajı ilə birgə vurdu

Rusiyanın “İskəndər-M” operativ-taktiki raket kompleksinin ekipajı ABŞ-ın “Patriot” zenit-raket komplekslərinin bölməsini vurub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“İskəndər-M OTRK-nın ekipajının zərbəsi nəticəsində Dnepropetrovsk vilayətinin Paşena Balka qəsəbəsi ərazisində “Patriot” hava hücumundan müdafiə raket sistemləri bölməsinin mövqelərinə raket zərbələri endirib. Nəticədə “Patriot” hava hücumundan müdafiə sistemi və Ukrayna Silahlı Qüvvələrinin zenit-raket diviziyasının şəxsi heyəti vurulub", - MN bildirib.

Rusiya MN əlavə edib ki, daha bir “Patriot” hava hücumundan müdafiə raket buraxılış qurğusu zədələnib.