Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
Ukrayna Prezidenti Vladimir Zelenski cümə günü Berlinə səfər edəcək, burada Almaniya kansleri Olaf Şoltsla görüşəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, Zelenski ABŞ Prezidenti Co Baydenə təqdim etdiyi “qələbə planı"nı Şoltsa da təqdim edəcək.
Bildirilib ki, Zelenskinin “qələbə planı”nda dörd bənd var: Ukraynaya hərbi yardım, iqtisadi addımlar, Rusiyaya diplomatik təzyiq və Moskvanın müharibəni bitirmək və danışıqlar masasına oturmaq üçün “siyasi məcburiyyəti”.
Nəşr daha sonra yazır ki, “Qələbə planı” Ukrayna və müttəfiqlərinin Rusiya lideri Vladimir Putini müharibəni dayandırmağa və danışıqlar masasına oturmağa məcbur edə biləcəyi strategiyanı nəzərdə tutur. Berlindən sonra o, Roma və Parisə rəsmi səfərlər edəcək.