Bloomberg: ABŞ İsrailin cavabını məhdudlaşdırmaqla yanaşı, anti-İran sanksiyalarını gücləndirə bilər Dünya

Bloomberg: ABŞ İsrailin cavabını məhdudlaşdırmaqla yanaşı, anti-İran sanksiyalarını gücləndirə bilər

Birləşmiş Ştatlar Vaşinqtonun Tehrana qarşı yeni iqtisadi sanksiyalar tətbiq etməsi müqabilində İsrailə İrana qarşı cavab zərbəsinin miqyasını məhdudlaşdırmağı təklif edib.

Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Onların hesabatlarına görə, Amerika rəsmiləri "İsrailin İranın enerji infrastrukturuna zərbələrinin enerji bazarlarını sarsıda biləcəyindən" ehtiyat edirlər.

Bloomberg qeyd edir ki, Vaşinqton İsraili cavab zərbələri üçün hədəf seçərkən özünü hərbi hədəflərlə məhdudlaşdırmağa inandırmağa çalışır və ABŞ da öz növbəsində Tehrana qarşı iqtisadi sanksiyaları sərtləşdirməyə hazırdır.

Cavid