Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
ABŞ İsraillə Livanın şiə "Hizbullah" hərəkatı arasında münaqişənin gərginləşməsindən Livanda mühüm siyasi təsirə malik olan bu təşkilatdan qurtulmaq, həm də bu ölkənin prezidentini seçmək üçün fürsət kimi istifadə etmək niyyətindədir.
Bu barədə ABŞ və ərəb ölkələrindəki rəsmi mənbələrə istinadən “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ dövlət katibi Antoni Blinken bu yaxınlarda telefon danışıqları zamanı Qətər, Misir və Səudiyyə Ərəbistanı rəhbərliyindən Livanda prezident seçkilərinin keçirilməsi ideyasını dəstəkləmələrini istəyib.
ABŞ-ın xüsusi elçisi Amos Hokşteyn də ərəb səlahiyyətlilərinə deyib ki, İsrailin hücumları səbəbindən "Hizbullah"ın zəifləməsi Livanın siyasi dalana dirənməsindən potensial çıxış yolu” kimi dəyərləndirilməlidir.
Cavid
Bunun fonunda nəşr xatırladır ki, Livan prezidenti postu 2022-ci ildə general Mişel Aun bu vəzifəni tərk etdikdən sonra boş qalıb.