Mərsində meşə yanğını qorxusu Dünya

Mərsində meşə yanğını qorxusu

Türkiyənin Mərsin şəhərinin Silifke bölgəsində meşəlik ərazidə yanğın baş verib. Səbəbi bilinməyən yanğın qrupların müdaxiləsi ilə nəzarətə götürülüb.

Xalqcebhesi.az xəbər verir ki, bu haqda Türkiyənin “Sözcü gazetesi” xəbər paylaşıb.

Xəbərdə deyilir ki, Mərsinin Silifke bölgəsinin Tosmurlu məhəlləsində meşə sahəsində naməlum səbəbdən yanğın baş verib. Xəbərdarlıq üzərinə bölgəyə Meşə Təsərrüfatı Müdirliyi ilə yanğınsöndürmə briqadaları və su maşınları sövq edilib. Yanğın qrupların müdaxiləsi ilə söndürülüb.