Gürcüstan vətəndaşlarının Rusiyada qalma müddəti artılıb Dünya

Gürcüstan vətəndaşlarının Rusiyada qalma müddəti artılıb

Rusiya Gürcüstan vətəndaşları üçün vizasız rejimin müddətini artırıb.

AZƏRTAC Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bununla bağlı Prezident Vladimir Putin fərman imzalayıb.

Fərmana əsasən, Gürcüstan vətəndaşları vizasız Rusiyada 90 gündən artıq müddətdə qala və işləyə biləcəklər.

Qeyd edək ki, Vladimir Putinin fərmanı ilə 2023-cü il mayın 10-dan Gürcüstan vətəndaşları üçün tətbiq olunan viza rejimi ləğv olunmuşdu.

Fərmana əsasən, həmin il mayın 15-dən Gürcüstan vətəndaşlarına şəxsiyyəti təsdiq edən sənədlə, vizasız Rusiya ərazisinə daxil olmaq və 90 günə qədər bu ölkədə qalmaq hüququ verilirdi.