İrandakı Rusiya vətəndaşlarına təhlükəsizlik tədbirlərinə riayət etmək tövsiyə olunub Dünya

İrandakı Rusiya vətəndaşlarına təhlükəsizlik tədbirlərinə riayət etmək tövsiyə olunub

Rusiyanın Tehrandakı səfirliyi İsrailin İran ərazisinə zərbə endirmə ehtimalı ilə əlaqədar İrandakı ruslara təhlükəsizlik tədbirlərinə riayət etməyi tövsiyə edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin teleqram kanalında dərc olunan məlumatda deyilir.

“İran ətrafında vəziyyətin gərginləşməsi, İsrailin ölkədəki müxtəlif obyektlərə cavab zərbəsi endirməsi ehtimalı ilə əlaqədar Rusiya vətəndaşlarına təhlükəsizlik tədbirlərinə ciddi riayət etmək tövsiyə olunur”, - səfirlik qeyd edib.

Diplomatik nümayəndəlik həmçinin Rusiya vətəndaşlarına səfirliyin resursları haqqında məlumatları mütəmadi olaraq izləməyi tövsiyə edib.