Oman və İran birgə dəniz təlimi keçirdi Dünya

Oman və İran birgə dəniz təlimi keçirdi

14:31

İran və Oman birgə hərbi dəniz təlimləri keçirib.

Xalqcebhesi.az “Mehr”ə istinadla xəbər verir ki, təlimlərə İran silahlı qüvvələrinin və SEPAH-ın, həmçinin Oman Kral Hərbi-Dəniz Donanmasının hərbi gəmiləri və esminesləri cəlb edilib.

“Dağ Şahinləri-1” adı verilən təlim Hind okeanının şimalında və Hörmüz boğazında baş tutub.

Təlim İran və Oman Sultanlığının birgə hərbi dostluq komissiyaları çərçivəsində döyüş hazırlığının artırılması və dəniz təhlükəsizliyi ssenariləri ilə bağlı razılaşmaların həyata keçirilməsi məqsədi daşıyıb.