Türkiyə "Tayfun" üçün Berlindən təsdiq gözləyir Dünya

Türkiyə "Tayfun" üçün Berlindən təsdiq gözləyir

Almaniya Türkiyəyə “Eurofighter-Tayfun” təyyarələrinin satışına əngəl yaradıb.

Xalqcebhesi.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Türkiyənin almaq istədiyi 20 təyyarə ilə bağlı İngiltərə, İtaliya və İspaniyanın razılıq verdiyi, Almaniyanın isə iki şərt irəli sürdüyü bildirilir. Belə ki, rəsmi Berlin Prezident Rəcəb Tayyib Ərdoğanın Yunanıstana qarşı sərt açıqlamalarını dayandırmasını və Egey dənizindəki adalarla bağlı iddiadan əl çəkməyi tələb edib.

Ankaranın hələlik bu tələblərə necə cavab verdiyi bilinmir. Lakin Türkiyə mətbuatı yazır ki, aviasiya parkının modernləşdirilməməsi görə, ölkən Egey dəniz üzərindəki hava üstünlüyünü Yunanıstana uduzur:

“S-400-lər Türkiyə Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi önündə əngəl olub. Yerli Kaan təyyarələri kənarda F-35-ə çox bənzəsə də, onun da istehsalı Qərbdən gələcək mühərrik və elektronikaya çox bağlıdır”.

Qeyd edək ki, Türkiyə 2019-cu ildən bu yana aviasiyanın yenilənməsi ilə bağlı böyük problemlərlə üz-üzədir. Ankaranın S-400 almasından sonra ölkə F-35 proqramından uzaqlaşdırılıb. Eyni zamanda F-16-ların alımı və modernləşdirilməsi ilə bağlı uzun müddət ABŞ əngəllər yaratsa da, sonda tərəflər razılaşa biliblər. Türkiyə Rusiyadan aldığı S-400-lərdən imtina etməsə də, onların hava hücumundan müdafiə sisteminə inteqrasiyasını da həyata keçirməyib.