KİV: “Hizbullah”ın kəşfiyyat rəisi bombardmandan sağ çıxıb Dünya

KİV: “Hizbullah”ın kəşfiyyat rəisi bombardmandan sağ çıxıb

İsrail Hərbi Hava Qüvvələrinin Beyruta endirdiyi zərbələrin hədəfində olduğu iddia edilən “Hizbullah”ın kəşfiyyat xidmətinin rəhbəri Vəfik Səfa hücumdan sağ çıxıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə hərəkatdakı mənbəyə istinadən “Al Mayadeen” telekanalı məlumat yayıb.

Onun məlumatına görə, Vafiq Səfaya qarşı sui-qəsd uğursuz olub və o, qaçıb.

Qeyd edək ki, Livanın Səhiyyə Nazirliyi İsrail ordusunun Beyrutun mərkəzində iki binanı vurması nəticəsində 22 nəfərin həlak olduğunu, 117 nəfərin isə yaralandığını açıqlayıb.