HƏMAS Qəzzanın şimalında İsrail ordusunun 12 hərbi maşınını pusquya salıb Dünya

HƏMAS Qəzzanın şimalında İsrail ordusunun 12 hərbi maşınını pusquya salıb

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağının şimalına daxil olan İsrail hərbi karvanına qarşı hücumlar həyata keçirdiklərini açıqlayıb.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, əl-Qəssam Briqadalarının “Telegram” kanalında verilən açıqlamada Qəzza zolağının şimalında intensiv hücuma məruz qalan Cibaliya qaçqın düşərgəsində İsrail ordusuna aid hərbi maşınlara qarşı pusqu qurulduğu bildirilir.
Açıqlamada qeyd olunub ki, hücum zamanı karvanda İsrail ordusuna aid 12 hərbi maşın, həmçinin əsgərləri daşıyan yük avtomobili olub.

əl-Qəssam briqadaları hücum nəticəsində çoxlu sayda İsrail əsgərinin zərərsizləşdirildiyini bildirib.

İsrail tərəfi hadisə ilə bağlı hələ ki, heç bir açıqlama verməyib.