Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
“Sakit oken hövzəsində həm Çinin artan qlobal gücü, həm Şimali Koreya təhdidləri, digər tərəfdən də Rusiya ilə Yaponiya arasında 4 adaya görə müəyyən fikir ayrılıqları yeni hərbi blokun yaranması istiqamətində ilkin siqnalları görməyə imkan verir”. Bunu xalqcebhesi.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O əlavə edib ki, Əsas təşəbbüs Yaponiya və Cənubi Koreya tərəfindən dəstəklənir. Ekspert başqa Asiya ölkələrinin də bu bloka qoşula biləcəklərini deyib: “Ana məqsəd olaraq burada mümkündür ki, ABŞ bu bloka cəlb olunsun. Bu da Yaponiya və Cənubi Koreyanın maraqlarına cavab verəcək. Bir sözlə desək, Asiya ölkələri öz təhlükəsizliyini təmin etmək üçün artan təhdidlər fonunda müttəfiqlərinin, xüsusi ilə də ABŞ-nin, Avstraliyanın imkanlarından istifadə etmək istəyəcəklər. Təbii ki, bu blokun yaranmasına Rusiya və Çin birmənalı şəkildə buna qarşı çıxacaq. Onlar yeni yaranan Asiya hərbi siyasi ittifaqını özlərinə qarşı təhdid olaraq dəyərləndirəcəklər”.