“Bunun fəsadlarının olmayacağınada kimsə zəmanət verə bilməz” Dünya

“Bunun fəsadlarının olmayacağınada kimsə zəmanət verə bilməz”

“Rusiya bu blokun əleyhinə çıxış edəcək. Hələlik bu barədə Çindən rəsmi etirazları eşitməsək də, Rusiya artıq bu blokun əleyhinə çıxış edir. Çünki heç bir ölkə öz sərhədlərində münasibətləri kifayət qədər gərgin olan ölkələrin hərbi qruplaşmasını müşahidə etmək istəməz”. Bunu xalqcebhesi.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Asiyada yeni hərbi blokun yaranma ehtimalını dəyərləndirərkən deyib: “Rusiyanın bu baxımdan maraqları aydındır. Ancaq təkbaşına Rusiyanın bu hərbi blokun yaranmasına qarşı effektiv mübarizə apara biləcəyi də sual altındadır. Çünki Rusiyanın hazırda resursları daha çox Ukraynada istifadə olunur. Amma hər bir halda hazırda biz Asiyada yeni hərbi blokun yaranmasını qismən mümkün hesab edə bilərik. Lakin bunun fəsadlarının olmayacağınada kimsə zəmanət verə bilməz. Çünki ortada dominantlıq edən, Sakit okean hövzəsində öz maraqlarını qurban vermək istəməyən Çin var. Çinin mövqeyindən çox şey asılı olacaq”.