Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
Rusiya prezidenti Vladimir Putin çoxqütbülu dünyanın formalaşmasi və yeni dünya nizamının yaradılması üçün Qərblə danışmağı təklif edib. O, Aşqabadda “Dövrlər və sivilizasiyalar arasındakı əlaqə - Sülhün və inkişafın əsası” adlı forumda çıxışında deyib.
“Bütün bunlar bu gün də ağıllı insanlar üçün yaxın və başa düşüləndir, xüsusilə dünyanın sivilizasiyanın qırılma xətlərinin yaratdığı misli görünməmiş təhlükələrlə, millətlərarası və konfessiyalararası münaqişələrlə üzləşdiyi, beynəlxalq münasibətlər zəmanəsinə qədəm qoyduğu indiki çətin şəraitdə aktualdı"- deyib.
Politoloq Məhəmməd Əsədullazadə" Xalq Cəbhəsi"nə deyib ki, Putinin çıxışından aydın olur ki, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları, yeni dünya nizamında çoxqütbülu dünyanın yaradılması və öz təsir dairəsinin formalaşdırilmasina hesablanan siyasi addımdır:
"Təbii ki, Rusiya prezidenti Türkmənistanda verdiyi bu bəyanat təsadüfi deyil. Mərkəzi Asiya uğrunda Qərblə Rusiya arasında rəqabət kəskinləşib. Burada Çin də mühüm rol oynayır. Amma, Mərkəzi Asiya ölkələri Qərblə əməkdaşlıqda daha maraqlı görunur. Çünki, Rusiya gələcək perspektivdə bu ölkələrin suverenliyini məhdudlaşdır bilər.
Bu il ərzində Fransa, Almaniya liderləri Mərkəzi Asiya ölkələrinə səfər edib. ABŞ bu ölkələrlə siyasi və təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirib. ABŞ Mərkəzi Asiya ölkələrinin prezidentlərinin iştirakı ilə konfranslar təşkil edib. Məhz baş verən bu proseslər fonunda Kreml rəhbərliyi Qərbin Mərkəzi Asiya siyasətindən narahatdır. Mərkəzi Asiyanı V. Putin Rusiyanın təsir dairəsi hesab edir".
Politoloq onu da vurğulayıb ki, V. Putin ABŞ-la bir masa arxasında oturub dünyanı bölüşdülmək istəyindədir..Qərb liderləri isə, V. Putinlə yeni masada əyləşib dünyanı onunla bölüşmək istəmir. Məhz Ukraynada müharibə bunun nəticəsidir:
"Qeyd edim ki, Rusiyanın yenidən fövqəl dövlət statusu əldə edib, ikiqütblü sistem qurmasına ABŞ və Böyük Britaniya icazə verməyəcək. Ona görə də V. Putin hərbi yolla yeni siyasi nizma yaradıb, Rusiyanın təsir dairəsini formalaşmasına çalışır. Əgər, Ukraynada Rusiya müəyyən uğurlar əldə edərsə, Mərkəzi Asiya ölkələrinə təzyiqləri gücləndirməsi mümkündür. Ona görə də ABŞ başda olmaq Qərb ölkələri isə, Rusiyanı regional dövlət statusunda qalması üçün bütün ssenariləri tətbiq edəcəklər".
Cavid