Rus ordusunun Kurskdakı hücumu ilə bağlı yeni açıqlama Dünya

Rus ordusunun Kurskdakı hücumu ilə bağlı yeni açıqlama

Rusiya qoşunları Kursk vilayətində irəliləyir və hər gün çox sayda Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətini öldürür.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Əhməd” xüsusi təyinatlı qüvvələrinin komandiri, general-mayor Aptı Alaudinov bildirib.

"Hazırda Rusiya Müdafiə Nazirliyinin bölmələri irəliləyir, mən öz sektorunda çox yaxşı hərəkət edən 155-ci dəniz piyada briqadasını tərifləmək istərdim, biz düşməni məhv edirik", - o deyib.

Qeyd edək ki, daha öncə Rusiya ordusunun Kurskda böyük əks-hücuma keçdiyi məlumatı yayılıb.