Rus ordusu Kurskda daha 15 məntəqəni geri aldı Dünya

Rus ordusu Kurskda daha 15 məntəqəni geri aldı

Rusiya qüvvələri artıq Ukrayna Silahlı Qüvvələrinin ələ keçirdiyi Kursk vilayətində yaşayış məntəqələrindən 15-ni geri alıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, general-mayor, "Əhməd" xüsusi təyinatlılarının komandanı Aptı Alaudinov məlumat verib.

O əlavə edib ki, rus qoşunları Donetsk istiqamətində 10 istiqamətdə irəliləyir. Onun sözlərinə görə, hər gün bir-iki yaşayış məntəqəsi ələ keçirilir.