Polşadan ittiham: Almaniya bu razılaşmanı pozur Dünya

Polşadan ittiham: Almaniya bu razılaşmanı pozur

Almaniyanın sərhəd nəzarəti Şengen razılaşmasını pozur.

Xalqcebhesi.az xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib.

“Almaniya bütün sərhədlərində nəzarət tətbiq edərək, Şengen zonasının mənasına zərbə vurur. Almaniyanın hərəkətləri nəticəsində bütün Avropada hərəkət azadlığı pozulub”, - Sikorski bildirib.