Daha 31 fələstinli öldürülüb Dünya

Daha 31 fələstinli öldürülüb

Çərşənbə axşamı səhərdən bəri İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində azı 31 nəfər ölüb.

Bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, onlarla fələstinli yaralanıb və ya itkin düşüb. Fövqəladə hallar işçiləri və yerli sakinlər dağıntıları təmizləməkdə davam edir.

Qəzza zolağının Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin oktyabr ayından indiyədək anklavda 42,3 min nəfər münaqişənin şiddətlənməsinin qurbanı olub,98,7 min yaralı var.

Cavid