Moskvada avtomobil partladılıb, yaralananlar var Dünya

Moskvada avtomobil partladılıb, yaralananlar var

Rusiya paytaxtında avtomobil partladılıb.

APA-nın Moskva bürosu xəbər verir ki, hadisə paytaxtın Profsoyuznaya küçəsində baş verib.

Avtomobildə əldəqayırma partlayıcı qurğu işə düşüb. Nəticədə biri altı yaşlı uşaq olmaqla 3 nəfər yaralanıb.

Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsində faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (iki və ya daha çox şəxsi öldürməyə cəhd) ilə cinayət işi açılıb.

Yaralılar Moskvanın tibb müəssisələrinə çatdırılıb və onlara ixtisaslı yardım göstərilir.