Baş katib: Ukrayna hüquqi olaraq hələ də MDB-nin tərkibindədir Dünya

Baş katib: Ukrayna hüquqi olaraq hələ də MDB-nin tərkibindədir

Ukrayna və Moldova hüquqi olaraq Müstəqil Dövlətlər Birliyinin tərkibində qalırlar.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu MDB-nin Baş katibi Sergey Lebedev bildirib.

“MDB-nin baş katibi kimi rəsmi şəkildə bəyan etmək istəyirəm: Ukrayna hüquqi olaraq MDB-nin tərkibində qalır. Moldova da...”, - deyə o, Moskvada keçirdiyi brifinqdə söyləyib.

Qeyd edək ki, MDB 1991-ci ilin 8 dekabr tarixində yaradılıb. Ukrayna 2014-cü ildə, Rusiya Krımı nəzarətə götürdükdən sonra, Moldova isə 2022-ci ildən Birlikdə iştirakını dayandırıb. Rəsmi Kişniyov 2023-cü ildən MDB-dən çıxma prosesinə başlayıb.