Ermənistanda 47 polis əməkdaşı narkotik istifadəsinə görə işdən çıxarılıb Dünya

Ermənistanda 47 polis əməkdaşı narkotik istifadəsinə görə işdən çıxarılıb

2024-cü ilin 10 ayı ərzində Ermənistanda 47 nəfər polis əməkdaşı narkotik vasitələrdən istifadə etdiyinə görə xidmətdən xaric edilib.

APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, bunu ölkənin daxili işlər naziri Vahe Kazaryan açıqlayıb.

O deyib ki, hazırda polis əməkdaşlarının attestasiyası prosesində analoji halların müəyyən edilməsi məqsədilə daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrdən istifadənin müəyyən olunması məqsədilə testlərə cəlb edilirlər.