MOSSAD Xameneini axtarır Dünya

MOSSAD Xameneini axtarır

İsrailin qəfil və mümkün hücumlarından qorunmaq üçün İranın Ali Dini rəhbəri Ə. Xamenei Tehrandan çıxarılıb, daha təhlükəsiz şəhərə köçürülüb. İsrailə son raket hücumu məhz Ə. Xameneinin göstərişi ilə həyata keçirilib. İsrail onu son cümə xütbəsindən əvvəl ölümlə hədələyib.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun fikrincə, MOSSAD-ın əsas hədəfi və vəzifəsi Ə. Xameneinin yerini aşkar etməkdir. İsrail "Həmas" rəhbəri İsmayıl Haniyəni, "Hizbullah" ın lideri Həsən Nəsrullahi öldürdükdən sonra Ə. Xameneini öldürmək üçün hərəkətə keçib. Bu üçlük Yaxın Şərqdə proksi qüvvələrə rəhbərliyi həyata keçirirdi:

"Ə.Xameneini İsrail aradan götürə bilərsə, Yaxin Şərqdə İrana bağlı proksi qüvvələrinə son mismari vurmuş olacaq.
İran üçün Ə. Xamenei İranın hazırda təhlükəsizlik və milli birlik simvoludur. Onun İsrail tərəfindən öldürülməsi İran daxilində ciddi parçalanmaya yol aça bilər".

Cavid