Rusiya “Hammer” bombasını vurdu Dünya

Rusiya “Hammer” bombasını vurdu

Rusiya hava hücumundan müdafiə sistemləri bir gündə Fransa istehsalı olan “Hammer” idarəolunan bombasını və 43 ədəd PUA-nı vurub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya qüvvələrinin qoşun qruplaşmasının əməliyyat-taktiki aviasiyası, hücum dronları, raket qüvvələri və artilleriyası düşmənin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi yerləri darmadağın edib”, - məlumatda deyilir.