İsraildə terror: polis öldürüldü, 4 yaralı var Dünya

İsraildə terror: polis öldürüldü, 4 yaralı var

İsrailin Aşdod şəhərində terror aktı baş verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Terrorçu magistral yolda odlu silahla polisi güllələyib. Daha sonra ətrafdakı vətəndaşlara atəş açmağa başlayıb.

Nəticədə polis həlak olub, 4 nəfər isə yaralanıb. Terrorçunun özü isə mülki şəxslərdən biri tərəfindən məhv edilib.

Yaralılardan birinin vəziyyəti ağırdır.