Şolts etiraf etdi: Yaxşı izah edə bilməmişəm Dünya

Şolts etiraf etdi: Yaxşı izah edə bilməmişəm

Etiraf edirəm ki, Ukraynanı dəstəkləməyin vacibliyini öz vətəndaşlarıma kifayət qədər yaxşı izah edə bilməmişəm.

Xalqcebhesi.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

“Almaniyanın şərqində və qərbində Ukraynaya verilən indiki dəstəyin haqlı olub-olmaması ilə bağlı suallar getdikcə artır. Uzun müddətdir ki, müsahibələrdə Ukraynaya yardımın məqsədəuyğunluğu mövzusu qaldırılmırdı. Bu müzakirə həm çap mediası, həm televiziya və radioda yox idi. Əgər müzakirələr daha aktiv olsaydı, bu, daha çox alman vətəndaşını Ukraynaya dəstək vermənin vacibliyinə inandırmağa kömək edərdi”, - Şolts bildirib.