İran və Hizbullah eyni vaxtda hücum etsə, İsrail çökəcək - FT Dünya

İran və Hizbullah eyni vaxtda hücum etsə, İsrail çökəcək - FT

İsrail İran və onun proksi qüvvələrinin mümkün hücumlarına qarşı hava hücumundan müdafiəni gücləndirdiyi üçün raketlərin potensial çatışmazlığı ilə üzləşib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms”da dərc edilən məqalədə bildirilib.

ABŞ-ın keçmiş yüksək səviyyəli rəsmisi, hərbi ekspert Dana Stroul nəşrə açıqlamasında deyib ki, İran və Hizbullah İsrailə eyni vaxtda hücum etsə, İsrailin hava hücumundan müdafiə sistemi alt-üst ola bilər.

Stroul həmçinin qeyd edib ki, ABŞ həm Ukrayna, həm də İsrail üçün təchizat səylərini qeyri-müəyyən müddətə davam etdirə bilməz, çünki resurslar kritik həddə çatır.

Nəşr xatırladıb ki, aprel ayında ABŞ və digər müttəfiqlərinin köməyi ilə İsrail İranın atdığı pilotsuz təyyarələr, qanadlı və ballistik raketlərin 99%-ni məhv etməyi bacarmışdı. İranın 1 oktyabrdakı hücumu zamanı isə təxminən 30 raket “Nevatim” aviabazasına düşdü, biri isə MOSSAD-ın qərargahı yaxınlığında partladı.