Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
İranın Avropa Birliyinə uça bilən yeganə aviadaşıyıcısı “İran Air” yeni sanksiyalardan sonra Avropaya uçuşları dayandırır.
Xalqcebhesi.az xəbər verir ki, məlumatı İran Hava Daşıyıcıları Assosiasiyasının direktoru Maksud Əsədi Samani verib.
“Ölkəmizdə Avropaya uçan yeganə aviaşirkət “İran Air” idi və AB-nin onlara qarşı yeni sanksiyaları nəzərə alınarsa, bundan sonra heç bir İran təyyarəsi Avropaya uçmayacaq”, - Samani bildirib.
Qeyd edək ki, Avropa Birliyi dünən İranın üç aviaşirkətinə, o cümlədən milli aviadaşıyıcısına, dörd sənaye və nəqliyyat şirkətinə, həmçinin ölkənin müdafiə nazirinin müavini Seyid Həmzə Qələndəri də daxil olmaqla, yeddi məmur, iş adamı və hərbçiyə qarşı sanksiya tətbiq edib.