Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
Fransa polisi Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış fəal Kemi Sebanı Parisdə həbs edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin TRT telekanalı məlumat yayıb.
Bildirilib ki, K.Seba bu gün restoranda həmkarlarından biri ilə nahar edərkən saxlanılıb.
Fransa bu məsələ ilə bağlı münasibət bildirməyib.
Qeyd edək ki, K.Seba Afrikanın müstəqilliyi və suverenliyi uğrunda hərəkatın simvolik liderlərindən biri kimi tanınır və neokolonializmlə fəal mübarizə aparır. O, həm də Fransa neokolonializminin əsas tənqidçilərindən biridir.
Fransa hakimiyyəti K.Sebanı mövqeyindən geri çəkilməyə məcbur etmək üçün dəfələrlə həbs edib.
Fransa vətəndaşlığını itirməsinə cavab olaraq Niger prezidenti K.Sebanı xüsusi müşavir təyin edib, bir sıra Afrika ölkələri isə ona diplomatik pasport verib.
K.Sebanın müxtəlif sosial şəbəkələrdə geniş auditoriyası var – o, Feysbukda 1,3 milyon, Tiktokda 370 min, İnstaqramda 306 min, X-da 280 min, Yutubda isə 230 min izləyiciyə malikdir.