Qroznıda partlayışa səbəb olan sürücü həbs edildi Dünya

Qroznıda partlayışa səbəb olan sürücü həbs edildi

Çeçenistanın paytaxtı Qroznıda yanacaqdoldurma məntəqəsində partlayışa səbəb olmaqda şübhəli bilinən yük avtomobilinin sürücüsü həbs edilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, dörd nəfərin ölümü, beşinin isə yaralanması ilə nəticələnən hadisədə təhlükəsizliyə əməl etməyən şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqın məlumatına görə, sürücü yanacaqdoldurma məntəqəsinin ərazisində olarkən təhlükəsizlik tələblərini pozub.

Qeyd edək ki, hadisə oktyabrın 12-də baş verib.