Ukrayna PUA-sı Belqorodda avtobusu vurdu: yaralılar var Dünya

Ukrayna PUA-sı Belqorodda avtobusu vurdu: yaralılar var

Ukrayna Silahlı Qüvvələri PUA ilə Rusiyanın Belqorod vilayətinin Oktyabr qəsəbəsində marşrut avtobusuna zərbə endirib, nəticədə 4 azyaşlı daxil olmaqla, 8 nəfər yaralanıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov deyib.