ABŞ İsraildən İranın nüvə obyektlərinə zərbə endirməyəcəyinə dair zəmanət alıb Dünya

ABŞ İsraildən İranın nüvə obyektlərinə zərbə endirməyəcəyinə dair zəmanət alıb

ABŞ prezidenti Co Baydenin administrasiyası İsraildən İranın nüvə və neft obyektlərinə hücum etməyəcəyinə dair zəmanət alıb.

Bu barədə mənbələrə istinadən Associated Press məlumat yayıb.
Bununla belə, mənbələr bu zəmanətlərin mütləq olmadığı və vəziyyətin dəyişə biləcəyi barədə xəbərdarlıq edib.