Fransa büdcə kəsiri səbəbindən Ukraynaya xərclərini azaldacaq Dünya

Fransa büdcə kəsiri səbəbindən Ukraynaya xərclərini azaldacaq

Fransa büdcə kəsiri səbəbindən Ukraynaya xərcləri azaltmaq məcburiyyətində qalıb.

Bu barədə “Politico” məlumat yayıb.

“Siyasi olaraq 2024-cü ilin əvvəlində bu yardımın üç milyard avro təşkil edə biləcəyi qərara alınıb. Reallıqda üç yox, iki milyard avrodan çox vəsait ayıracağıq”, - Fransanın müdafiə naziri Sebastyan Lekornu qeyd edib.

Məqalədə o da bildirilir ki, Fransa belə problemlə üzləşən yeganə ölkə deyil. Oxşar çətinliklərlə Almaniya da üzləşib.