İran İsrailə “həlledici” qarşılıq verəcəyi ilə bağlı BMT-ni xəbərdar edib Dünya

İran İsrailə “həlledici” qarşılıq verəcəyi ilə bağlı BMT-ni xəbərdar edib

İran cavab zərbəsi endirəcəyi təqdirdə, İsrailə “həlledici” qarşılıq verəcəyi ilə bağlı BMT-ni xəbərdar edib.

İranın xarici işlər naziri Abbas Araqçı BMT-nin Baş katibi Antoniu Quterreşlə telefon danışığı zamanı bildirib ki, İsrail İranın raket zərbələrinə qarşılıq verərsə, Tehran “həlledici və peşimanlıq verən” zərbə ilə cavab verməyə tam hazırdır.

“İran regionun sülh və sabitliyinin qorunması üçün bütün səylərini əsirgəməməklə yanaşı, istənilən avantürizmə qarşı həlledici və peşimanlıq doğuran cavab verməyə tam hazırdır”, - Abbas Araqçı deyib.

Qeyd edək ki, İran oktyabrın 1-də HAMAS lideri İsmayıl Haniyənin və Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsinə cavab olaraq İsrailə yüzlərlə raket atıb.