Rusiya XİN: Moldovanın rumınlaşdırılması prosesi gedir Dünya

Rusiya XİN: Moldovanın rumınlaşdırılması prosesi gedir

Moldova rumınlaşdırılır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiyada 500 minə yaxın Moldova vətəndaşı yaşayır, respublikanın prezident seçkilərində və onun Avropa İttifaqına qəbulu ilə bağlı referendumda səs verməkdən ötrü Rusiya ərazisi üçün cəmi 10 min bülleten hazırlanıb.

“Qərb dəyərlərinə uyğun yaşayaraq demokratik görünən Sandu rejimi 500 min insan üçün bir Moskva şəhəri və iki seçki məntəqəsi üçün 10 min bülleten çap edib... Bu nə dəyərlərdir, belə? Məsələ də budur, həyatın həqiqəti də budur”, - deyə Zaxarova vurğulayıb.

Rusiya XİN sözçüsü qeyd edib ki, moldovalıların kimliyindən məhrum edilməsi siyasəti onları Rumıniyanın və bütövlükdə NATO ictimaiyyətinin maraqlarına xidmət etmək məqsədi daşıyır.

“Əlbəttə, Moldovanın rumınlaşdırılması, Rumıniya tərəfindən udulması prosesi gedir”, - deyə Zaxarova əlavə edib.