Donetskin Krasnıy Yar yaşayış məntəqəsi Rusiya ordusunun nəzarətinə keçib Dünya

Donetskin Krasnıy Yar yaşayış məntəqəsi Rusiya ordusunun nəzarətinə keçib

Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Krasnıy Yar yaşayış məntəqəsini ələ keçirib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya qoşunları Pokrovsk şəhəri istiqamətində Donetsk Xalq Respublikasının (Ukraynanın Donetsk vilayəti-red) Krasnıy Yar yaşayış məntəqəsini nəzarətə götürüb.

Bundan başqa Rusiya MN qoşunlarının Luqansk vilayətinin Nevskoe kəndini ələ keçirdiyini də açıqlayıb.