Ali Rada Zelenskinin Qələbə Planını yekdilliklə dəstəkləyib Dünya

Ali Rada Zelenskinin Qələbə Planını yekdilliklə dəstəkləyib

Ukrayna Ali Radası Vladimir Zelenskinin Qələbə Planını yekdilliklə dəstəkləyib.

APA-nın “UNIAN“a istinadən xəbərinə görə, bunu spiker Ruslan Stefançuk bildirib.

O deyib ki, qərar prezident Vladimir Zelenski ilə iki saata yaxın davam edən müzakirələrin ardından qəbul edilib.

R.Stefançukun sözlərinə görə, sənəddə bir sıra məxfi məqamlar mövcuddur.