Altı Özbəkistan vətəndaşı Qazaxıstanda yol qəzasında ölüb Dünya

Altı Özbəkistan vətəndaşı Qazaxıstanda yol qəzasında ölüb

Qazaxıstanın Mangistau bölgəsində 6 Özbəkistan vətəndaşı yol qəzasında ölüb.

APA “Sputnik Kazakhstan”a istinadən xəbər verir ki, bu barədə Özbəkistanın Aktau şəhərindəki Baş konsulluğu məlumat yayıb.

Qəza nəticəsində xəsarət alan 4 nəfərin vəziyyəti isə orta-ağırdır.

Qəzada həlak olan şəxslərin Rusiyadan Özbəkistana qayıtdığı bildirilir.

Özbəkistan vətəndaşlarının olduğu avtomobil sərhəddən keçmək üçün növbədə dayanan yük maşını ilə toqquşub.