Vahid Rusiya Partiyasının növbəti qurultayının vaxtı məlum olub Dünya

Vahid Rusiya Partiyasının növbəti qurultayının vaxtı məlum olub

Rusiyanın hakim Vahid Rusiya (Yedinnaya Rossiya) Partiyasının növbəti qurultayının vaxtı məlum olub.

APA-nın Moskva müxbiri xəbər verir ki, partiya sədri, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev qurultayın dekabrın 14-də keçiriləcəyini açıqlayıb.

Qeyd edək ki, Vahid Rusiya Partiyası 2001-ci il 1 dekabr tarixində yaradılıb.