Türkiyə ərazisinə mərmi düşdü, böyük yanğın başladı - Video Dünya

Türkiyə ərazisinə mərmi düşdü, böyük yanğın başladı - Video

22:14

Türkiyənin Suriya ilə sərhəddə yerləşən Kilis rayonuna 2 minaatan mərmisi atılıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.

Məlumata görə, Türkiyə hərbçiləri də hücuma hücuma MLRA, artilleriya və tank atəşi ilə cavab verib.

Türkiyəyə hücumun Suriya ərazisindən edildiyi qeyd edilir.

***

Rabitə Nazirliyinin Dezinformasiya ilə Mübarizə Mərkəzi olayla bağlı açıqlama yayıb.

“Türkiyə-Suriya sərhədində (Suriya tərəfdə) iki qrup arasında qarşıdurma nəticəsində səkilən RPQ 7 mərmisi minalanmış əraziyə düşərək yanğına səbəb olub. Türkiyə Silahlı Qüvvələri Suriyadakı qarşıdurmaya müdaxilə etməyib. iştirak etdiyi bildirilir. Suriyadakı qarşıdurmada sərhədlərimizə qarşı heç bir hərəkət yoxdur”, - məlumatda bildirilib.

Kilis valiliyi isə rəsmi açıqlamasında bildirib ki, bu gün saat 17.53 radələrində Suriya sərhədləri daxilində, Kilis kəndi ilə üzbəüz bölgədə 2 silahlı qrup arasında baş verən qarşıdurmada minalanmış əraziyə RPQ 7 raketi düşüb və həmin ərazidəki bitki örtüyündə yanğın baş verib. Sosial mediada yayılan sözügedən görüntülər sərhədin Suriya tərəfinə aiddir. Hadisədə Kilisə hücum olmayıb.