KİV: İsrail Qəzzada məktəb binasına fosforlu bombalarla zərbələr endirib Dünya

KİV: İsrail Qəzzada məktəb binasına fosforlu bombalarla zərbələr endirib

İsrail ordusu Qəzza şəhərinin şimal bölgələrində xüsusilə qaçqınların yerləşdiyi məktəbi atəşə tutarkən fosforlu bombalardan istifadə edib.

APA xəbər verir ki, bu haqda “Al-Mayadeen” telekanalı məlumat yayıb.

Bomba partlayışından sonra məktəbin binasında yanğın başladığı bildirilir. Lakin hücum nəticəsində insan tələfatı ilə bağlı hələ ki, məlumat verilmir.

Bundan əvvəl telekanal şəhərin cənub-qərbindəki məhəllələrin intensiv bombalanması barədə də məlumat vermişdi.