Harris ABŞ-ın həmişə İsrailə kömək etməli olduğunu bildirib Dünya

Harris ABŞ-ın həmişə İsrailə kömək etməli olduğunu bildirib

ABŞ müdafiə sektorunda İsrailə həmişə kömək etməli və bunun üçün bütün lazımi resursları təmin etməlidir.

APA xəbər verir ki, bunu bu gün seçkilərlə bağlı “Fox News”a müsahibə verən ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd olan Kamala Harris bildirib.

“ABŞ həmişə İsraili müdafiə etməli və özünü müdafiə ehtiyaclarında ona dəstək verməlidir. ABŞ həmçinin İsrailin İran və onun regiondakı müvəkkilləri də daxil olmaqla, düşmənlərinin hücumlarını dəf etmək üçün resurslara malik olmasını təmin etməlidir. Mən buna sarsılmaz sadiqəm.", - deyə o bildirib.