Donald Tramp ABŞ prezidentliyi yarışında kritik ştatlarda liderliyi ələ alıb Dünya

Donald Tramp ABŞ prezidentliyi yarışında kritik ştatlarda liderliyi ələ alıb

ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı sorğularda Kamala Harris 1,7 bal irəlidə olduğu halda Donald Tramp seçkinin taleyini müəyyən edəcək 7 kritik ştatda səslərini artırıb.

APA xəbər verir ki, noyabrın 5-də ABŞ-da keçiriləcək 60-cı prezident seçkiləri üçün Harris və Tramp arasında sıx rəqabət getdikcə qızışır.

ABŞ-da prezident seçkiləri zamanı aparılan sorğuları dərc edən "Real Clear Politics (RCP)" xəbər platformasında ölkə üzrə aparılan sorğuların orta göstəricisinə görə, Harrisin 49,2 faiz dəstəyi var.

Müvafiq olaraq, Harris eyni sorğularda 47,5 faiz dəstək toplayan Trampı qabaqlayır.

Sorğularda Harris kiçik fərqlə irəlidə görünsə də, ABŞ-da prezident seçkiləri sistemi səbəbilə dəyişkən ştatlarında nəticələr daha mühümdür.

“Seçkilər Kollegiyası” adlanan sistemə görə kritik əhəmiyyət kəsb edən 7 dəyişkən ştatda keçirilən sorğuların ortalamasına görə Tramp 0,7 bal fərqlə Harrisi qabaqlayır.

Son sorğulara görə, Tramp Pensilvaniyada 0,3 bal, Corciyada 0,7 bal, Arizonada 1,1 xal, Nevadada 0,5 bal, Miçiqanda 1 xal və Şimali Karolinada 1,3 xalla Harrisdən irəlidədir.

Eyni sorğularda Harris Viskonsin ştatında 0,3 balla irəlidədir və görünür ki, Harris həmişə irəlidə olduğu Miçiqan ştatında son həftə Trampdan geri qalıb.

Digər tərəfdən, “Reuters“, “CBS News”, “Pew”, “Harvard” və “NBC News” kimi məşhur anketlər də daxil olmaqla, ölkə daxilində vəziyyəti əks etdirən orta hesabla 11 hazırkı sorğuya görə, Harris səslərin 49,2 faizini, Tramp isə səslərin 47,5 faizini qazanıb.

Bu sorğular arasında “Reuters“in araşdırmasında Harrisə dəstək 47%, Trampa dəstək isə 44 % olduğu halda, “Harvard”ın sorğusunda Harris 51%, Tramp isə 49% çatıb.

Ümumilikdə seçki zamanı bütün gözlər Pensilvaniya, Corciya, Arizona, Nevada, Miçiqan, Şimali Karolina və Viskonsin kimi kritik ştatlarda olacaq.