Bu gecə Ukraynanın 13 PUA-sı məhv edilib Dünya

Bu gecə Ukraynanın 13 PUA-sı məhv edilib

Hava hücumundan müdafiə sistemləri gecə ərzində Oryol, Kursk və Bryansk vilayətləri üzərində Ukraynanın 13 pilotsuz təyyarəsini məhv edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Ötən gecə Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-lardan istifadə edərək terror aktı törətmək cəhdinin qarşısı alınıb və növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 13 pilotsuz uçuş aparatı məhv edilib. 6 PUA Oryol vilayətinin ərazisi üzərində, dördü Kursk vilayətinin ərazisi üzərində və üçü Bryansk vilayətinin ərazisi üzərində”, - məlumatda deyilir.

Cavid