Livanı 746 mindən çox insan  tərk edib Dünya

Livanı 746 mindən çox insan  tərk edib

Yaxın Şərqdə vəziyyətin pisləşməsi səbəbindən Livanda 746 mindən çox insan evlərini tərk edib.

Bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.

"BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı 2023-cü il oktyabrın 8-dən 14 oktyabr 2024-cü il tarixinə qədər Livanda 746,6 min məcburi köçkünü qeydə alıb”, - hesabatda qeyd edilir.

“Onlardan 188,2 min nəfəri 1059 sığınacaqda yerləşdirilib, 876-sı (83%) artıq maksimum yaşayış həddinə çatıb”, - sənəddə vurğulanır.

Cavid