"Hizbullah" İsrailin iki tankını məhv edib Dünya

"Hizbullah" İsrailin iki tankını məhv edib

Şiə "Hizbullah" hərəkatının döyüş bölmələri Livan-İsrail sərhədində İsrail Müdafiə Qüvvələrinə məxsus iki tankı məhv edib.

Bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, Aralıq dənizi sahillərində Labbuneh təpəsində gedən döyüşlər zamanı iki Merkava tankı tank əleyhinə raket sistemləri ilə məhv edilib.

Telekanalın məlumatına görə, döyüş maşınlarının ekipaj üzvləri arasında ölən və yaralananlar var.

Cavid