İsrail Livanda təxliyə ilə bağlı xəbərdarlıq edib Dünya

İsrail Livanda təxliyə ilə bağlı xəbərdarlıq edib

İsrail ordusu Livanın şərqindəki Bekaa vadisində sakinlərin təxliyə edilməsi ilə bağlı xəbərdarlıq edib.

APA xəbər verir ki, bu barədə İsrail ordusunun ərəbdilli sözçüsü Aviçay Adraee “X” platformasında bildirib.

Sakinlərə Hizbullaha əlaqəli obyektlərdən uzaq durmaları barədə xəbərdarlıq edilib və İsrail Müdafiə Qüvvələrinin həmin ərazidə fəaliyyət göstərəcəyi qeyd edilib.

Sözçü bildirib ki, sözügedən binalar dərhal boşaldılmalı və sakinlər ən azı 500 metr uzaqlığa təxliyə edilməlidir.