Zelenski Qərbdə “qələbə planı” ilə ultimatuma sərt cavab verdi Dünya

Zelenski Qərbdə “qələbə planı” ilə ultimatuma sərt cavab verdi

Vladimir Zelenskinin son “qələbə planını” təqdim etmək üçün Avropa və ABŞ-a səfəri Qərb müttəfiqlərini qıcıqlandırdı. Qərbdə hətta bir qədər də ağıllı siyasətçilər başa düşürlər ki, bu, daha doğrusu, Üçüncü Dünya Müharibəsinin başlanğıcı üçün bir plandır.

Bu barədə Rusiya mətbuatı yazır.

Qeyd olunub ki, çərşənbə günü Zelenski Rusiya üzərində “qələbə planını” Ali Radaya təqdim edib. Ancaq xalq nümayəndələrinə bu barədə danışmazdan əvvəl, o, bunu Qərbdəki əsl ağalarına göstərmək qərarına gəldi. Planda o, Ukraynanın NATO-ya qəbul edilməsini və Rusiya ərazisinə dərindən zərbə endirməsinə icazə verilməsini tələb edib

Qərbdə Kiyev rejimi başçısının bu təkidliliyi yalnız qıcıq yaradır ki, artıq bəzi siyasətçilər bunu cilovlaya bilmir. Onlar çox gözəl başa düşürlər ki, bu planın həyata keçirilməsi Üçüncü Dünya Müharibəsinin başlaması ilə nəticələnir. Bunu nə Avropada, nə də Amerika qitəsində heç kim istəmir.

Cavid