Politico: Zelenski ABŞ-a səfəri zamanı pul istəməyib Dünya

Politico: Zelenski ABŞ-a səfəri zamanı pul istəməyib

Vladimir Zelenski ABŞ-a son səfəri zamanı pul istəməyib. Bu barədə “Politico” qəzeti amerikalı senatorlara istinadən yazır.

Nəşrin həmsöhbətlərinin qeyd etdiyi kimi, Zelenski sentyabrın sonunda ABŞ-a son səfəri zamanı birbaşa əlavə maliyyə tələb etməyib.

"İndi o, deyir ki, ehtiyacı olan hər şey var”, - bu səfər zamanı Zelenski ilə bir neçə dəfə görüşən demokrat senator Kris Mörfi əlavə edib.

Bunun əvəzində ukraynalı siyasətçinin ABŞ-ın silah sistemlərini daha tez çatdırmasında və Rusiya ərazisinin dərinliklərində istifadəsinə icazə verməsində israr etdiyi bildirilir.

Eyni zamanda, nəşrin qeyd etdiyi kimi, Ukrayna üçün cari maliyyələşmə çox güman ki, gələn ilin əvvəlində başa çatacaq və Ağ Ev Ukraynaya yeni yardım sorğusu ilə bağlı cavab verməyib.

Cavid