Avropa Şurasında Gürcüstan məsələsi müzakirə olunacaq Dünya

Avropa Şurasında Gürcüstan məsələsi müzakirə olunacaq

Avropa İttifaqı liderləri bu gün və sabah Brüsseldə görüşəcək və müxtəlif məsələlərlə yanaşı, Gürcüstan haqqında da müzakirələr aparacaqlar.

Bu barədə Avropa Şurasının prezidenti Çarlz Mişel məlumat verib.

“Avropa Şurası beynəlxalq əlaqələrimizlə bağlı bir sıra məsələləri, o cümlədən Moldova və Gürcüstandakı vəziyyəti müzakirə edir. Hər iki ölkə öz Avropa yolu üçün həlledici bir mərhələ ilə qarşı-qarşıyadır,” - Şarl Mişelin Avropa Şurası üzvlərinə göndərdiyi dəvət məktubunda qeyd olunub.

Cavid